Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri xanım Karin Peçiti qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Karin Peçiti Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Belçika arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.
Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Karin Peçit, ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirib və diplomatik fəaliyyəti müddətində iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.