Əhmədinejad seçkilərdə heç kimi dəstəkləməyəcəyini açıqladı
23 aprel 2017 19:43 (UTC +04:00)

Əhmədinejad seçkilərdə heç kimi dəstəkləməyəcəyini açıqladı

İranda prezidentliyə namizəd kimi qeydiyyata alınmayan sabiq prezident Mahmud Əhmədinejad prezidentliyə namizədlərdən heç biri dəstəkləməyəcəyini bəyan edib.

 

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, cümə axşamı Nəzarət Şurası prezident postuna namizəd kimi yekun olaraq hazırkı prezident Həsən Ruhani də daxil olmaqla, 6 namizədin qeydə alındığını açıqlayıb.

 

Namizəd kimi qeydiyyata alınmaq üçün müraciət edən M. Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib. M. Əhmədinejad və H. Bəqayinin birgə imzaladığı bəyanatda onların namizədlərdən hər hansı birini dəstəkləməyəcəkləri  vurğulanıb.

 

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 17-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

APA Baycan

Oxşar yazılar