<b>Jurnalist Əfqan Muxtarlı Tiflisdə saxlanılaraq Azərbaycana gətirilib</b> - YENİLƏNİB
30 may 2017 20:51 (UTC +04:00)

Jurnalist Əfqan Muxtarlı Tiflisdə saxlanılaraq Azərbaycana gətirilib - YENİLƏNİB

0

Vəkil Elçin Sadıqov Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə görüşüb. APA-nın məlumatına görə, bu barədə vəkil özü jurnalistlərə bildirib. Vəkil deyib ki, Ə. Muxtarlıya qarşı CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq) maddələri  ilə ittiham irəli sürülüb.

 

Elçin Sadıqov bildirib ki, Ə. Muxtarlı Gürcüstanda saxlanılıb. 

 
 
**** 18.20
 
 
Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.
 
Bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.
 
Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar