Əcnəbi vətəndaşın külli miqdarda qızıl və pulunu oğurlamış şəxs tutulub
05 iyun 2013 10:48 (UTC +04:00)

Əcnəbi vətəndaşın külli miqdarda qızıl və pulunu oğurlamış şəxs tutulub

2012-ci il noyabrın 2-dən 4-dək olan müddətdə Bakı şəhərinin Səbail rayonu ərazisində mənzildən oğurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, H.Seyidbəyli küçəsində yaşayan Böyük Britaniya vətəndaşı Saied Tahamtaninin mənzilindən 15 min manat, 2000 ABŞ dolları və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs müəyyən edilib. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Masallı rayon sakini Kamil Musayev iyunun 4-də tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar