Dünən yol qəzalarında 4 nəfər ölüb
14 oktyabr 2015 15:16 (UTC +04:00)

Dünən yol qəzalarında 4 nəfər ölüb

Dünən Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 13-də saat 18 radələrində İmişli rayonunun Xubyarlı kəndində rayon sakinləri Qeyrət Muradovun idarə etdiyi “Mercedes” və Həsən Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə H.Hüseynov və sərnişini Əlizamin Abayev ölüb, Q.Muradov və sərnişini xəstəxanaya yerləşdirilib.

 

Xaçmaz rayonunun Çinartala kəndində yol-nəqliyyat hadisəsi baş verib. Oktyabrın 13-də saat 18 radələrində Xaçmaz rayonunun Çinartala kəndində rayon sakini Bibiqulu Əsgərovun və Cəlal Ağayevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə C.Ağayev hadisə yerində ölüb, sərnişini, həmçinin B.Əsgərovun sərnişini xəstəxanaya yerləşdirilib.

 

BDYPİ tərəfindən araşdırma aparılır.

 

Oktyabrın 13-də saat 05 radələrində Nəsimi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini Namiq Fərəcov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Hacıbaba Tanrıverdiyevi vurub. Hadisə  nəticəsində piyada hadisə yerində ölüb.

 

Paytaxtın Yasamal rayonunu A.Şərifzadə küçəsində müəyyən edilməmiş avtobusla Bakı şəhər sakini Şüküfə Hüseynova vurulub. O, xəstəxanaya yerləşdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 62
avatar

Oxşar yazılar