Azərbaycanda borclu olan 11 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi dünən respublikada baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, gün ərzində törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
508