Türkiyədə güllələnən Azərbaycan əsilli “qanuni oğru”nun aqibəti hələ məlum deyil
Moskvada öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyana qarşı sui-qəsdin təşkilində şübhəli sayılan “Rövşən Lənkəranskiy” ləqəbli “qanuni oğru” Rövşən Canıyev güllələnib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan əsilli qanuni oğruya qarşı Türkiyədə sui-qəsd olub. Onun Dubaya gedərkən güllələndiyi deyilir.
Sui-qəsdin detalları barədə hələ geniş məlumat verilmir.