Dövlətə xəyanətdə təqsirləndirilənlər <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
13 noyabr 2014 15:35 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilənlər MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşları – Faiq Qurbanov və Seymur Rzazadənin cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 25-nə təyin olunub.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilirlər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972
avatar

Səlcuq Elçin

Oxşar yazılar