Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 55543 əcnəbinin müraciəti qeydə alınıb. Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bununla yanaşı işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə ölkə ərazisində fəaliyyət göstərən 20 sahibkarlıq subyektində yoxlamalar aparılıb.
Keçirilmiş tədbirlər nəticəsində 19 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.