Daxili İşlər Nazirliyi Mingəçevirdə törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 4-də Mingəçevir şəhərində şəhər sakini Pərviz Vəliyev münaqişə zəminində həmyerlisi Yeganə Mustafayevaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Y.Mustafayeva orada ölüb.
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Vəliyev tutulub.