“Ucar rayon Polis Şöbəsinin qarşısında aksiya keçirilməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və bu, uydurmadır”.
Bunu Lent.az-a DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, aksiya barədə hansısa şəxs “facebook” səhifəsində yazıb və bəzi mətbuat orqanları da bunu xəbər kimi təqdim ediblər: “Bu cür əsassız məlumatları yoxlamadan, dövlət qurumları ilə dəqiqləşdirmədən vermək doğru deyil”.
Xatırladaq ki, dünən bəzi media orqanlarında Ucarda aksiya olması barədə məlumat yayılıb. Aksiyaya səbəb kimi Ucar rayon Polis İdarəsinin rəisi Tahir Quliyevin qohumu, Narkotik Ticarətinə qarşı Mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun sakinləri təhqir etməsi göstərilib.