DİN Balakəndə əməliyyat keçirdi: 10 yaxın şəxs saxlanıldı
02 aprel 2015 11:50 (UTC +04:00)

DİN Balakəndə əməliyyat keçirdi: 10 yaxın şəxs saxlanıldı

 

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Balakəndə xüsusi əməliyyat keçirib.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10-a yaxın şəxs saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə götürülüb.

 

Balakən Rayon Polis Şöbəsindən APA-ya əməliyyatın keçirildiyini təsdiqləsələr də,  ətraflı açıqlama verilməyib: “Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Oxşar yazılar