Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları qadınların fahişəliyə cəlb edilməsi ilə bağlı daha bir fakt müəyyən edib. Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonundakı “Jasmine” otelində, oranın işçisi, Bakı şəhər sakini Kənan Paşayevin əxlaqsızlıq yuvası saxlaması məlum olub.
Hazırda faktla əlaqədar araşdırmalar aparılır.