Dərsdən qayıdan məktəblini maşın vurub öldürdü
18 fevral 2015 18:15 (UTC +04:00)

Dərsdən qayıdan məktəblini maşın vurub öldürdü

0
Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb. Gədəbəy rayonunun Yenikənd kənd sakini, 2006-cı il təvəllüdlü, 3-cü sinif şagirdi Yasəmən Vidadi qızı Hüseynova məktəbdən evə qayıdarkən avtomobil vurması nəticəsində dünyasını dəyişib.

 

Məlumata görə, iki “VAZ-2107” markalı avtomobil toqquşub, onlardan biri yolun kənarına çıxaraq kənarda dayanan məktəbliyə dəyib, 9 yaşlı aldığı xəsarətdən ölüb.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar