[b]Deputat Məlahət İbrahimqızı qardaşının həbs xəbərindən danışdı[/b]
01 iyul 2017 12:41 (UTC +04:00)

[b]Deputat Məlahət İbrahimqızı qardaşının həbs xəbərindən danışdı[/b]

0

 

Millət vəkili Məlahət İbrahimqızı (Həsənova) qardaşı Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumata münasibət bildirib.

 

M. İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Mənim qardaşım həbs edilməyib. Hazırda iş başındadır. Azərbaycanda mətbuat azaddır, lakin jurnalistlər xəbər yazanda dəqiqləşdirsələr, yaxşı olar. Bir daha qeyd edirəm ki, yayılan məlumatın heç bir əsası yoxdur. DTX-nin adından yalan informasiya yaymaq düzgün deyil".

 

Qeyd edək ki, musavat.com xəbər saytı M. Həsənovun DTX əməkdaşları tərəfindən həbs edildiyi barədə məlumat yayıb. M. Həsənov "Sadaxlı" Gömrük Postunun rəisidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 577

Oxşar yazılar