Daha bir tanınmış jurnalist qəzaya düşdü - vəziyyəti ağırdır
19 iyun 2014 18:31 (UTC +04:00)

Daha bir tanınmış jurnalist qəzaya düşdü - vəziyyəti ağırdır

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanova yol qəzasına düşüb.

 

Jurnalist Səbail rayonu ərazisində yaşadığı mənzilin yaxınlığında yolu keçmək istəyərkən taxta yüklənmiş "VAZ-06" markalı avtomobil tərəfindən vurulub. Jurnalist başından və boynundan xəsarət alıb və Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Sürücü vurduğu şəxsə kömək etmədən hadisə yerindən qaçıb. Jurnalistin bacısı Pərvanə Sultanova APA TV-yə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Ağanisə Sultanovanın vəziyyəti ağır-stabildir. Həkimlərin bildirdiyinə görə, sabah xəstə tomoqrafiya müayinəsindən keçəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2782
avatar

Oxşar yazılar