MTN generalının qurbanına <span style="color:red;">13 İL HƏBS  tələbi
14 noyabr 2016 15:08 (UTC +04:00)

MTN generalının qurbanına 13 İL HƏBS tələbi

Həbsdə olan general Akif Çovdarovun zərərçəkəni, hazırda dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında İlham Qasımova 13 il azadlıqdan məhrum edilməsini istəyib. Proses noyabrın 18-i davam edəcək.

 

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, eləcə də şair Gülağa Tənhanın ( Qəmbərov) 19,5 milyon dollar pulunu mənimsəyib. İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Səlcuq Elçin

Oxşar yazılar