Cəlilabad rayonunda 29 yaşlı gənci ilan sancıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə Adnalı kəndində baş verib. 1984-cü il təvəllüdlü Allahverdi Nuruyev səhər həyətlərindəki dama girmək istəyərkən qəfildən damın tavanından çıxan ilan onun başının sağ hissəsini sancıb. İlanı əlilə başından kənarlaşdıran Allahverdi bir anda huşunu itirib yerə yıxılsa da, qışqırmaqla valideynlərini köməyə çağırıb.
Oğlunun qışqırıq səsinə gələn Aslan Nuruyev dərhal Allahverdini xəstəxanaya çatdırıb. Xəstəyə ilan sancmasına qarşı zərdab vurulub. Beləliklə onun həyatını xilas etmək mümkün olub.
Hazırda Alllahverdi Nuruyevdə müəyyən narahatlıqlar olsa da, səhhəti normallaşmağa doğru gedir.

Cəlilabadda qəribə hadisə: ilan oğlanın başından sancdı
Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32
Tanınmış aktrisanın evdə çürümüş meyiti tapıldı - 20 gün əvvəl ölübmüş
9 iyul 2025 , 13:45