Buzovnada 16 bıçaq zərbəsi ilə qətlə yetirilən qadının qatili tapılıb
Buzovnada amansızlıqla qətlə yetirilən qadının ölümündə təqsirləndirilən şəxsin kimliyi müəyyən olunub. APA TV-nin məlumatına görə, istintaq sirri olduğundan həmin şəxsin adı hələlik açıqlanmır. Təqsirləndirilən şəxs Buzovna qəsəbə sakinidir, ailəlidir və iki övladı var. Xəzər rayon prokurorluğundan verilən məlumata görə, qadının söyüş söydüyünə görə öldürüldüyü ehtimal olunur. Hadisəni törədən şəxs qaçıb gizlənsə də, hüquq mühafizə orqanları onun yaxınları, ailə üzvləri ilə söhbət aparıb, könüllü təslim olmasını təklif ediblər. Xatırladaq ki, hadisə fevralın 13-də axşam saatlarında qeydə alınıb. Buzovna qəsəbəsində, "Dəniz kənarı" adlanan ərazidə 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızının çoxsaylı bıçaq xəsarətləri ilə meyiti aşkar olunub. 16 bıçaq zərbəsi alan qadının ağzının cırıldığı, daxili orqanlarının zədələndiyini bildirilir.
180