Bu il Azərbaycanda doğuş zamanı neçə qadın ölüb?
18 oktyabr 2017 16:17 (UTC +04:00)

Bu il Azərbaycanda doğuş zamanı neçə qadın ölüb?

“Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".

 

Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb. 

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb: "Ölüm hadisələrinin sayı həmin müddətlə müqayisədə eyni qalıb. Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

APA Baycan

Oxşar yazılar