BQXK əməkdaşları erməni hərbçiyə baş çəkdilər
04 noyabr 2015 11:53 (UTC +04:00)

BQXK əməkdaşları erməni hərbçiyə baş çəkdilər

0

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bu il martın 22-də təmas xəttini keçən erməni hərbçi Andranik Araratoviç Qriqoryana baş çəkib.

 

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, başçəkmə noyabrın 2-də olub. Erməni hərbçiyə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.  

 

Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar