Borca görə baş kəsənlərə 35 il həbs - <span style="color:red;">MƏHKƏMƏ ZALINDAN
18 noyabr 2015 14:09 (UTC +04:00)

Borca görə baş kəsənlərə 35 il həbs - MƏHKƏMƏ ZALINDAN

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Rəhimov və Fuad Nurməmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən V. Rəhimov 18, Fuad Nurməmmədov 17 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər.

Qeyd edək ki, qətl keçən il sentyabrın ayında Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Vüsal Rəhimov Binəqədi RPİ 6-cı PB-yə müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə Lökbatan sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsini, cəsədin isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılmasını bildirib.  

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov və F.Nurməmmədov tutulub. R.Xəlfəyevin meyiti isə ekskumasiya edilib.

V.Rəhimov ilkin ifadəsində,  R.Xəlfəyevi maşında Qobu qəsəbəsinə gətirib və onların arasında mübahisə yarandığını deyib. V.Rəhimovun dediyinə görə, Xəlfəyevin ona borcu olub. Baş vermiş münaqişə nəticəsində Rəhimov Xəlfəyevin boğazını kəsib. Daha sonra isə meyiti Fuad Nurməmmədovla birlikdə Sabunçu rayonunun Pirşağı qəsəbəsinə apararaq basdırıb.

R.Xəlfəyev Qaradağ rayon sakini olub. Onun haqqında sentyabrın 19-dan itkin düşmüş kimi axtarış elan olunub.
 

# 187
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53
Bakıda qadın evdən pul və 3 telefon  oğurladı

Bakıda qadın evdən pul və 3 telefon oğurladı

25 may 2024 , 17:06
Nərgiz Absalamova

“Abzas Media”nın əməkdaşının həbs müddəti uzadıldı

25 may 2024 , 16:11
Qadın özünü 23-cü mərtəbədən  atdı

Qadın özünü 23-cü mərtəbədən atdı

25 may 2024 , 16:00
Bakıda şadlıq sarayında müğənni qarət olundu

Bakıda şadlıq sarayında müğənni qarət olundu

25 may 2024 , 15:09