Azərbaycanda faciə: 68 yaşlı kişi suda batdı - YENİLƏNİB
0
0
Ucarda kanalda batan şəxsin meyiti sudan çıxarılb.
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatında bildirilir.
Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan kanalının Ucar rayonundan keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin kanalda batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 68 yaşlı Əliyev Oqtay Həmid oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
***
10:53
Ucarda suda batan səxsin kimliyi bəlli olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları rayonun Rəstəcə kənd sakini, 1951-ci il təvəllüdlü Oktay Həmid oğlu Əliyevin meyitini kənd ərazisindəki su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Fakt araşdırılır.
***
10:03
Ucarda bir nəfər suda batıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə, Ucar rayonunun Rəstəcə kəndində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
0
0