<span style="color:red;">Azərbaycanda ev partladı:  bir ailənin 4 üzvü yaralandı
20 oktyabr 2015 16:35 (UTC +04:00)

Azərbaycanda ev partladı: bir ailənin 4 üzvü yaralandı

Azərbaycanın Goranboy rayonunda yaşayış evində baş verən partlayış nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağcakənd qəsəbəsində Qazanbulaq kənd sakininin kirayə yaşadığı evdə qeydə alınıb. Ağcakənddə müəllim işləyən 1986-cı il təvəllüdlü İnqilab Qasımov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şəbnəm Qasımova, onların övladları, 8 yaşlı Yaqub və 7 yaşlı İsa yanıq xəsarətləri alaraq Goranboy Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə İ. Qasımovun və onun yoldaşının bütün bədən səthi yandığından vəziyyətləri ağırdır. Uşaqlarda isə əllərin, üzün və ayaqların 2-3-cü dərəcəli yanığı xəsarətləri var.


Partlayışın qaz sızmasından baş verdiyi deyilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213

Oxşar yazılar