Minik avtomobili yük maşını ilə toqquşdu: ölən var
0
0
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşıqlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Kamaz” markalı yük maşını qarşıdan gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”də olan sərnişin, 1994-cü il təvəllüdlü Xıdırlı Aişə Mətləb qızı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
0
0