
Beş gün əvvəl Xırdalanda baş verən qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdi
Beş gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları tapılıb.
APA-nın məlumatına görə, ölən qadının yaxınları Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə müraciət ediblər. Ölən şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi sakini, 2003-cü il təvəllüdlü Vəliyeva Nuray Ruhlan qızı olduğu məlum olub.
Mərhumun meyiti yaxınlarına təhvil verilib.
Qeyd edək ki, yol qəzasında ölən N.Vəliyevanın meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq onun yaxınları tapılmamışdı.
Oxşar yazılar

Gədəbəydə yol qəzası: 4 nəfər yaralandı-YENİLƏNİB
8 iyul 2025 , 22:45
Bakıda kişi sirkədən zəhərlənib öldü
8 iyul 2025 , 19:33
Sabirabadda ana doğuş zamanı öldü-YENİLƏNİB
8 iyul 2025 , 19:00
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varislər ifadə verib
8 iyul 2025 , 18:31
Abşeronda kişi evinin yanındakı quyuya düşdü
8 iyul 2025 , 18:18
Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39
Bakıda motokuryerlərin törətdikləri qəzaların ŞOK GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 15:13