
Bərdədə iki avtomobil toqquşub, ölən var
0
0
Bərdədə avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 8-də saat 12 radələrində olub. Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdiriliblər. Y.Həmidov orada ölüb.
0
0