Bərdə sakini futbol oynayarkən öldü
06 sentyabr 2015 01:14 (UTC +04:00)

Bərdə sakini futbol oynayarkən öldü

0

Bərdə rayonunun 32 yaşlı sakini Bayram Məmmədov futbol oynayarkən qəflətən ürək dayanması nəticəsində dünyasını dəyişib. Lent.az-ın "Report"a istinadən verdiyi  xəbərə görə, hadisə Mirzəxan kəndində baş verib.

 

Sakinlərin verdiyi məlumata görə, B.Məmmədov həmyaşıdları ilə futbol oynayarkən meydançada ürəyi dayanıb.

 

Kənd sakinləri onu xəstəxanaya çatdırsa da həkimlər Bayramın artıq öldüyünü bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar