Bu gün Bakı Dövlət Universitetinin həyətində bir qrup tələbənin keçirdiyi aksiya başa çatıb. Universitetdən Lent.az-a bildirilib ki, rektor Abel Məhərrəmov narazı tələbələrin qarşısına çıxıb. A.Məhərrəmov narazılığı olan tələbələri sabah saat 12-də akt zalında keçiriləcək iclasa dəvət edib və onları bu tip hərəkətlərdən yayınmağa səsləyib: “Aksiya saat 13:30-da gündüz növbəsinin yerdəyişmə vaxtı olub. Bu səbəbdən də dərsdən çıxan və dərsə gələn tələblərin çox olması səbəbindən müəyyən sıxlıq yaşanıb”.
BDU-nun tələbələri Lent.az-a bildiriblər ki, aksiyada yaxınlıqda yerləşən Texniki Universitetin, eləcə də Memarlıq və İnşaat Universitetinin tələbələri xüsusi ilə aktivlik göstəriblər.
*****
14:42
Bakı Dövlət Universitetində (BDU) tələbələr aksiya keçirməyə cəhd edirlər.
APA-nın məlumatına görə, BDU-nun bir qrup tələbəsi imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz edir.
Saxlanılanların olduğu bildirilir.
Yasamal Rayon Polis İdarəsindən isə APA-ya BDU-da aksiyaya cəhdin edildiyi barədə onlarda məlumatın olmadığını deyiblər.