Baytarlıq Xidmətinin vəzifəli şəxslərindən Baş Prokurorluğa müraciət olundu
17 fevral 2014 16:34 (UTC +04:00)

Baytarlıq Xidmətinin vəzifəli şəxslərindən Baş Prokurorluğa müraciət olundu

Hesablama Palatasında kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a palatadan məlumat verilib.

Kollegiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin, o cümlədən dövlət büdcəsi vəsaiti hesabına maliyyə-təsərrüfat əməliyyatlarının, aktivlərinin uçotu, istifadəsi, saxlanılması və satışının, habelə vergi və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinə dair auditin nəticələri üzrə” və “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin icrasına dair auditin nəticələri üzrə” Hesabat və Rəylər geniş müzakirə olunaraq  təsdiq edilib.

Kollegiya tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, dövlətə və ayrı-ayrı vətəndaşlara  külli miqdarda zərərin vurulması faktlarının auditlə müəyyən edildiyi nəzərə alınaraq və Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmək haqqı ödənişi, texniki və məişət avadanlıqlarının təmiri zamanı artıq büdcə vəsaitinin sərf olunması, əsaslı təmir işlərinin yerinə yetirilməsi zamanı iş həcmlərinin süni surətdə artırılması və bu kimi digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq hər iki nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul olunub.

 

Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

# 942

Oxşar yazılar