Cəlilabad xəstəxanasında sistem köçürülən  31 yaşlı kişi öldü
24 may 2024 16:49 (UTC +04:00)

Cəlilabad xəstəxanasında sistem köçürülən 31 yaşlı kişi öldü

Cəlilabad xəstəxanasında ölüm faktı qeydə alınıb.

Lent.az -ın APA-ya istinadla verdiyi məlumata görə, 31 yaşlı Vahid Nuriyev bu gün səhər xəstəxanaya müraciət edib. Bir müddətdən sonra o, xəstəxanada dünyasını dəyişib.

Qonşusunun dediyinə görə V.Nuriyev bir neçə dəfə xəstəxanaya müraciət edib. Bu gün də xəstəxanaya ayaqlarının şişməsi ilə bağlı müraciət edən Vahid Nuriyevə sistem köçürülüb.

Onun yanında olan yaxınlarının sözlərinə görə sistem köçürüldükdən sonra xəstə şoka düşüb. Yaxınları əlavə edirlər ki, mərhum bir neçə dəfə həkimə müraciət edib, lakin hər dəfə ona gözləməyi məsləhət görüblər, beləcə vəziyyəti daha da ağırlaşıb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açıqlamasına görə isə mərhum bu gün xəstəxanaya müraciət edib və ona ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasiya tədbirlərə baxmayaraq, xəstə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2721
avatar

Oxşar yazılar