İsmayıllıda göldə çimməyə gedən şəxsin öldüyü məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Kürdmaşı kənd sakini 26 yaşlı Əli Qasımov çimmək üçün getdiyi evlərindən bir neçə kilometr aralıdakı göldə boğularaq ölüb.
Onun meyiti sudan çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.
***
08:20
İsmayıllı sakini evdən çıxıb və geri dönməyib.
Lent.az xəbər verir ki, İsmayıllı rayonunun Kürdmaşı kənd sakini 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlu dünən saat 17 radələrində yaşadığı evdən çıxıb, və yaşadığı evdən bir neçə kilometr aralıda olan gölə gedib.
İlkin məlumata əsasən o, gölə çimmək məqsədilə gedib.
Həmin vaxtdan yaxınları ondan heç bir xəbər almayıb.
Faktla bağlı araşdırma aparılır.