İdman jurnalisti və teleaparıcı uşaq zorlamasında şübhəli bilinərək saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları televiziya aparıcısının evinə basqın edərək sənədləri, kompüteri və digər cihazları ələ keçirib. Jurnalistin özü polis bölməsinə aparılıb. O, cinayət zamanı on yaşı da olmayan uşağı zorlamaqda şübhəli bilinir.
Jurnalistin adı açıqlanmır. Onun məşhur idman teleaparıcısı olduğu qeyd edilir.
Saxlanılan şəxs zaminə buraxılıb. Faktla bağlı istintaq davam edir.