Baş Polis İdarəsi qətllərlə bağlı məlumat yayıb
08 may 2013 12:21 (UTC +04:00)

Baş Polis İdarəsi qətllərlə bağlı məlumat yayıb

0

Bakı şəhər BAŞ Polis İdarəsi Sabunçu rayonu ərazisində törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. İdarədən Lent.az- daxil olan məlumatda bildirilir ki, mayın 7-i saat 19:40 radələrində Şəhər şosesində yerləşən kafedə Bakı şəhər sakinləri Aqil Rzayev mübahisə zəminində Rövşən İsmayılovu bıçaqla qətlə yetirdiyinə görə Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən yaxalanıb.

 

 

Mayın 8-i saat 03:40 radələrində isə Maştağa qəsəbəsi M.Hüseyn küçəsində qəsəbə sakinləri Rizvan Hüseynov mübahisə zəminində Zöhrab Əliyevi «Makarov» markalı tapançadan atəş açaraq qətlə yetirib. O,  könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1021

Oxşar yazılar