Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda, Xırdalan istiqamətindən Şamaxinkayadək olan hissədə tıxac yaranıb. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Xırdalan qəbiristanlığı yaxınlığından yol polisi magistralı bağlayıb. Biləcəri və Binəqədi istiqamətindən də şəhərə giriş xeyli çətinləşib.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, tıxaca səbəb səhər saatlarında nəqliyyatın intensivliyi və sürücülərin bir-birinə yol verməməsi olub. Buna görə də, Sumqayıt istiqamətindən mərkəzə gələn nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Artıq yollar açılıb.
Qeyd edək ki, həmin istiqamətdə mütəmadi olaraq tıxac yaranır.