Bakıda qumarxana və fahişəxana əməliyyatı
10 aprel 2013 11:15 (UTC +04:00)

Bakıda qumarxana və fahişəxana əməliyyatı

 

Klubda qumarxana və fahişəxana fəaliyyət göstərirmiş 

Bakının mərkəzində yerlşən məşhur restoranlardan biri ötən gecə sökülüb. Restorandan “Qafqazinfo”ya verilən məlumata görə, “Mamounia” restoran-gecə klubu paytaxt polisinin əmri və nəzarəti altında sökülüb. Məlumatda bildirilir ki, restoran tam şəkildə deyil, yerləşdiyi binanın qarşısındakı küçədə əlavə olunmuş hissədə fəaliyyət göstərən “Terrace” adlı bölməsi dağıdılıb. Bu əməliyyatın hansı səbəbdən həyata keçirilməsi barədə gecə klubundan heç bir məlumat verlməyib.

Milli.az saytının yaydığı məlumata görə isə adıçəkilən restoranda polis tərəfindən böyük əməliyyat həata keçirilib və nəticədə həmin obyketin sökülməsinə qərar verilib. Hadisə şahidlərinin verdikləri məlumata görə isə Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mamonia” gecə klubunun fəaliyyəti tam dayandırılıb. Səbail Rayon Polis İdarəsindən bildirilib ki, ötən gecə “Momonia”da iki böyük əməliyyat keçirilib. Orada yerləşən qumarxanada Bakı Şəhər Baş Polis İdarəsi, fahişəxanada isə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. 


Onu da qeyd edək ki, adıçəkilən gecə klubu paytaxtın məşhur və elitar məkanlarından hesab olunur. Məşhur müğənni Şakira da Bakıya gələn zaman həmin klubda olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6470
avatar

Oxşar yazılar