Bakıda ticarət mərkəzində oğurluq edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvar ayının 31-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Şamaxı rayon sakini Heyvagül Tanrıverdiyevanın cibindən 100 manatı oğurlanıb.
Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi, Qaradağ RPİ 10-cu PB və rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Tamara Miroşniçenko, Sveta Datsenko və Nataşa Datsenko tutulub.