Daxili İşlər Nazirliyi Xəzər rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 8-də saat 08 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi Qışlaq yaşayış sahəsində qəsəbə sakini Ədalət Əlibəndova məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra orada kirayədə yaşayan Şəki rayon sakini Qalib Hümbətovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.