Bakıda zəncirvarı qəza: 4 maşın toqquşdu
10 sentyabr 2015 11:08 (UTC +04:00)

Bakıda zəncirvarı qəza: 4 maşın toqquşdu

Gecə  saatlarında  Bakının Nəsimi  rayonunda  4 avtomobilin iştirakı ilə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, sürücü Həsən Əliyev idarə etdiyi  BMW  markalı  avtomobillə Tiflis prospekti ilə 20 Yanvar dairəsi istiqamətində  yüksək sürətlə hərəkətdə olan zaman  qəfildən idarəetməni itirib. Nəticədə BMW əvvəlcə qarşısında hərəkətdə olan "London taksisi"nə,  daha sonra  metropolitenə  məxsus  yük  maşınına çırpılıb. Sükana bundan sonra da hakim ola bilməyən Həsən  Əliyev  avtomobili eyni markalı  başqa bir maşına da vurub.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Nəsimi  Rayon Polis  İdarəsinin əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəza “BMW”nin yüksək sürətlə hərəkət etməsi, "London taksisi"nin isə ona yol verməməsi nəticəsində baş verib. Sürücülər izahatlarının alınması üçün polis şöbəsinə dəvət ediliblər. Faktla  bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar