Bakıda yük maşını aşıb yandı
28 oktyabr 2015 10:21 (UTC +04:00)

Bakıda yük maşını aşıb yandı

0

Bakıda yol qəzası baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb və nəticədə yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Qəza zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar