Bakıda güclü yanğın: <span style="color:red;">ölən və xəsarət alan var
20 fevral 2015 13:35 (UTC +04:00)

Bakıda güclü yanğın: ölən və xəsarət alan var

0

Fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 30 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. E.Sahilov xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, hər iki şəxs əmioğlu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 181

Oxşar yazılar