Bakıda yanğına görə bu marşrutlar üzrə avtobusların istiqamətləri dəyişdi - <span style="color:red;">FOTO
23 iyun 2019 11:32 (UTC +04:00)

Bakıda yanğına görə bu marşrutlar üzrə avtobusların istiqamətləri dəyişdi - FOTO

Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.
 
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bu səbəbdən də 11; 12; 7A; 15; 22; 30; 32; 35; 36; 40; 44; 49; 50; 51; 57; 60; 62; 64; 81; 103; 105; 141; 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar