Bakıda Ukrayna vətəndaşı intihar edib
27 aprel 2015 10:55 (UTC +04:00)

Bakıda Ukrayna vətəndaşı intihar edib

0

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 24, mənzil 22 ünvanından Ukrayna vətəndaşı, 1972-ci il təvəllüdlü Maksim Bozanın meyiti tapılıb. Hadisə yeri müayinə edilərkən müəyyən edilib ki, M.Bozanın əlləri və ağızı kapron lentlə bağlanıb.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, 43 yaşlı kişi hər hansı qarşıdurma, dava-dalaş zəminində ölməyib və meyit üzərində zorakılıq əlamətləri yoxdur.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar