Bakıda törədilmiş dəhşətli qətlin üstü açıldı
19 noyabr 2013 17:33 (UTC +04:00)

Bakıda törədilmiş dəhşətli qətlin üstü açıldı

Noyabrın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində törədilmiş qətl hadisəsinin üstü açılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, biznes fəaliyyəti ilə məşğul olan Reyhan Qaçayevanın qətlində şübhəli bilinən 1990-cı il təvəllüdlü Kərimov Kamal Veysəl oğlu saxlanılıb. O ilkin ifadəsində qadını qisas zəminində törətdiyini bildirib.

 

Məlumata görə, qətl törətmiş K.Kərimov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub və Bakı şəhərində, Albalılıq qəsəbəsində yaşayırmış. O, sələmçiliklə məşğul olan R.Qaçayevadan borca 3 min manat alıb. Bir müddət sonra 3 min manatı qaytardıqda qadın onun borcunun 6 min manata çatdığını bildirib. Bundan əsəbiləşən 23 yaşlı oğlan qətl törətməyə qərar verib.

 

Qeyd edək ki, R.Qaçayevanın üzərində çoxsaylı xəsarətlər olan meyiti öz evində tapılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3280
avatar

Nizam Rza

Oxşar yazılar