Bakıda taksi sürücüsü bıçaqlanıb. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində “Vaz 2107” markalı 10 EE 955 nömrə nişanlı şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən Qarayev Xaliq Allahverdi oğlu hücuma məruz qalıb. Naməlum şəxs taksi sürücüsünü bıçaqlayaraq ondan pul tələb edib. Hadisəni törədən şəxs niyyətinə nail ola bilməyib. Polis əməkdaşları quldurluqda şübhəli bilinən Əhmədov Əli Süleyman oğlunu yaxalayaraq istintaqa təhvil verib.
Oxşar hadisə Ramana qəsəbəsində də qeydə alınıb. Şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən Mürsəliyev Ramil Eldəniz oğlu rayonun Ramana qəsəbəsində müştərisi tərəfindən bıçaqlanıb.
Qarın nahiyəsindən bir bıçaq zərbəsi alan yaralı 3 saylı şəhər xəstəxanasına aparılıb və əməliyyat olunub. Cinayəti törədən şəxs R.Mürsıliyevə məxsus avtomobili sürərək uzaqlaşıb. əməliyyat-axtarış tədbirləri davam etdirilir.