Bakıda şirkətdə işləyən 34 yaşlı Çin vətəndaşı öldü
05 iyul 2013 11:20 (UTC +04:00)

Bakıda şirkətdə işləyən 34 yaşlı Çin vətəndaşı öldü

İyulun 4-də Bakının Sabunçu rayonunda xarici ölkə vətəndaşı iş başında ölüb. Rayon Polis İdarəsindən Lent. az-a verilən məlumata görə, Maştağa qəsəbəsi, “gülçülük sovxozu” adlanan ərazidə “AZ Cin” MMC-nin əməkdaşı Çin Xalq Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Fink Ya Li qəfil ölüb. 34 yaşlı Çin vətəndaşı MMC-nin yeməkxanasında qəfil yıxılıb. Təcili tibbi yardıma müraciət edilsə də, Fink Ya Linin artıq keçindiyi məlum olub.

 

 Faktla bağlı  araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar