Bakıda avtobusla maşınlar toqquşdu: <span style="color:red;">ölən var  - YENİLƏNİB
27 aprel 2015 11:06 (UTC +04:00)

Bakıda avtobusla maşınlar toqquşdu: ölən var - YENİLƏNİB

Bakı şəhər Baş Polis İdarəsi Sabunçuda baş vermiş ağır yol qəzası ilə bağlıməlumat yayıb. İdarədən Lent.az-a daxil olan məlumatda bildirilir ki, aprelin 26-da saat 11 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri - 1956-cı il təvəllüdlü Yaşar Mehdi oğlu Məmmədovun idarə etdiyi “İnfiniti” markalı, 1982-ci il təvəllüdlü Habil Əli oğlu Bayramovun idarə etdiyi özünə məxsus 148 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı avtobus və 1994-cü il təvəllüdlü İsfəndiyar Mikayıl oğlu Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə İ.Abadullayev və sərnişini -  atası 1963-cü il təvəllüdlü Mikayıl Əziz oğlu xəstəxanaya daxil olub, İ.Abdullayev xəstəxanada ölüb. Fakt Sabunçu RPİ 12-ci PB tərəfindən araşdırılır. 

 

 

*****

 

10:25

 

Aprelin 26-da Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu qəsəbəsi, Şəhər şosesində (SOCAR-ın qarşısında) “Nurgün Motors”a məxsus “İnfiniti”, İsfəndiyar Abdullayevin idarə etdiyi “VAZ” markalı avtomobillər, eləcə də 148 saylı xətt üzrə hərəkət edən və Habil Bayramovun idarə etdiyi “İsizu” markalı avtobus toqquşub. Nəticədə İ.Abdullayev hadisə yerində keçinib. Onun atası isə isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

 Faktla bağlı cinayət işi açılıb, ekspertizalar təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359

Oxşar yazılar