Bakıda sərnişin avtobusu piyada zolağından keçən şəxsi belə vurdu - VİDEO
21 dekabr 2016 13:10 (UTC +04:00)

Bakıda sərnişin avtobusu piyada zolağından keçən şəxsi belə vurdu - VİDEO

 

Bakıda piyada zolağından istifadə edən kişini avtomobil vurub.

 

Lent.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində qeydə alınıb.

 

Belə ki, təxminən 40-45 yaşlarında olan kişi piyada zolağı ilə yolun digər tərəfinə keçmək istəyib. Bu zaman yol hərəkəti qaydasını pozaraq əks istiqamətdə yola çıxan 12 saylı sərnişin avtobusu piyadanı vurub.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar