Bakıda daha bir sərnişin avtobusu ağır qəzaya düşüb. Lakin bu dəfə avtomobil yol kənarında dayanmış avtobusa çırpılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 14-də Yeni Günəşli qəsəbəsində İbrahim Allahverdiyev idarə etdiyi «Ford-Tranzit» markalı avtomobili yol kənarında dayanmış, Məmmədəli Cəfərovun idarə etdiyi «Daewoo» markalı avtobusa və Şirvan Məmmədova məxsus «Oka» markalı avtomobilə vurub. Nəticədə avtobusun sürücüsü Məmmədəli Cəfərov hadisə yerində ölüb.
Araşdırma aparılır.