Bakıda saxta pul satan kamerunlulara hökm oxundu:<span style="color:red;"> 20 İL
23 noyabr 2015 16:10 (UTC +04:00)

Bakıda saxta pul satan kamerunlulara hökm oxundu: 20 İL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışı zamanı məhkəmədən hər iki təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilmələrini, eləcə də cəzalarını çəkib bitirdikdən sonra Azərbaycandan çıxarılmasını tələb edib.

 

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək, müdafiə etdikləri şəxslərinin məhkəmə istintaqı zamanı onlara qarşı verilən ittihamları rədd etdikləri üçün barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

 

Hakim Rahib Salmanov təqsirləndirilən şəxslərə bəzi hüquqlarını izah edib. Hakim bildirib ki, onlar hökm qanuna mindikdən sonra ərizə ilə müraciət edərək, cəzalarının öz ölkələrində çəkə biləcəklərini qeyd edib.

 

Kamerun vətəndaşları məhkəmədə son sözlə çıxış ediblər. Hongla Samuel çıxışı zamanı, 50 yaşı və 3 azyaşlı övladının olduğunu qeyd edib: “Uşaqlıqdan yetim böyümüşəm. İndi uşaqlarımın mənsiz böyüməsini istəmirəm. Verilən ittihamları qəbul edirəm. Bizim məqsədimiz saxta pulu dövriyyə buraxmaq olmayıb. Biz “foks” üçün pul kəsmişik. O pullar dövriyyə üçün deyildi.  Sadəcə, maraq və oyun üçün. Gözlərim görmə qabiliyyətini 60 faizini itirmişəm. Xahiş edirəm bunları nəzərə alın”.

Maput Martial çıxışında 1 azyaşlı uşağının olduğunu bildirib: “ 78 yaşında anam var. Ona da mən baxıram. Dostumun dediyi kimi biz bu pulları dövriyyə məqsədi ilə kəsməmişik. Xahiş edirəm bizi düzün başa düşün”.

Hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub. Hökmə əsasən hər iki təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 3-də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Səlcuq Elçin

Oxşar yazılar